
1972 Avroviziya Mahnı Müsabiqəsi — sayca 17-ci Avroviziya Mahnı Müsabiqəsidir. 1971 Avroviziya Mahnı Müsabiqəsində Avropanın cırtdan ölkələrindən biri olan Monako, Severinin ifa etdiyi “Un banc, un arbre, une rue” mahnısı ilə müsabiqədə ilk dəfə qalib gəlmişdi. Bu qələbənin ardınca 1972-ci ildə müsabiqəyə ilk dəfə ev sahibliyi etməli olan Monako knyazlığının şahzadəsi III Renye Monakonun maliyyə cəhətdən Avroviziya kimi böyük müsabiqəyə ev sahibliyi etməyə hazır olmadığını bəyan edərək, müsabiqəyə ev sahibliyindən imtina etmişdir. Müsabiqəyə ev sahibliyini Birləşmiş Krallıq dördüncü dəfə öz üzərinə götürmüşdür. BBC ev sahibi şəhər olaraq Şotlandiyanın paytaxtı Edinburqu seçmişdir. Beləliklə Avroviziya 1972 Edinburqda yerləşən Usher konsert zalında keçirilmişdir. Müsabiqə 1972-ci ilin 25 mart tarixində baş tutmuşdur.
18 ölkənin iştirak etdiyi müsabiqədə Lüksemburq təmsilçisi Viki Leandros ifa etdiyi “Après toi” mahnısı ilə Avroviziya 1972-nin qalibi seçilmişdir. Bu Lüksemburqun Avroviziyada üçüncü qalibiyyəti idi. Qazanan mahnının müəllifi Yves Desca, 1971-ci ildə qazanan mahnını Séverine’in də yazmışdı. Eyni mahnı müəllifinin ardıcıl iki dəfə və iki fərqli ölkə üçün hazırlayıb – qazandığı mahnı müsabiqəsi tarixində ilk dəfə idi.
Maraqlı Faktlar:
Müsabiqə ilk dəfə Asiyada canlı yayımlandı, Yaponiya, Tayvan, Filippin, Hong Kong və Taylandda, hamısı şounu izləyə bildi.
Birinci il idi ki, mahnı adlarını və sənətçilərini təqdim etmək üçün bir video divar istifadə edildi.
Malta yarışmada ikinci dəfə iştirak etdi və Helen və Joseph’in “L ‘imhabba ” ilə yenidən sonuncu oldular.
İrlandiya indiyə qədər olan tək və ilk İrlandca mahnı ilə təmsil olunmuşdur.