Avroviziya 1971

1971 Avroviziya Mahnı Müsabiqəsi — sayca 16-cı Avroviziya Mahnı Müsabiqəsidir. Dananın ifa etdiyi “All Kinds of Everything” mahnısı ilə 1970 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1971-ci ildə İrlandiya müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Dublin şəhərində Gaiety Theatre arenasında keçirilmişdir. Müsabiqə 1971-ci ilin 3 aprel tarixində baş tutmuşdur.

Bu İrlandiya dövlət kanalı RTÉ-nin yayımladığı ilk rəngli proqram olaraq tarixə düşmüşdür. 1971-ci ildə Malta adası Avroviziyaya ilk dəfə qoşuldu. Eyni zamanda Avstriya iki illik, Finlandiya, İsveç, Norveç və Portuqaliya isə bir illik fasilədən sonra müsabiqəyə geri döndü. Ümumilikdə 18 ölkə iştirak etsə də 29 ölkə müsabiqəni canlı yayımlamışdı.

Tək və ya duet şəklində ifa qaydası ləğv edildi: indi altı nəfərdən ibarət qruplara ifa etməyə icazə verildi. Bu ilki Eurovision Mahnı Müsabiqəsində yeni səsvermə sistemi yaradıldı: iki münsif üzvü – onlardan biri 25 yaşdan kiçik olmalı idi – hər mahnıya 1 ilə 5 bal arasında xal verməli idi.  Bu bəzi problemlər yaratdı, çünki bəzi münsiflər digərlərinə nisbətən daha az bal verdilər.

Nəticələrə əsasən, Monako ilk dəfə 1971-ci  ildə Fransız əsilli Séverine’nin  “Un Banc, Un Abre, Une Rue mahnısı” ilə qazandı , sonra Almaniyada uğurlu karyera qurmağa davam etdi. Bu Avropanın cırtdan ölkələrindən olan Monakonun Avroviziyada ilk və yeganə qalibiyyəti idi.

Maraqlı faktlar:

Malta iştirakçısı Joe Grech ilk dəfə qatıldığı müsabiqədə 52 xal toplayaraq sonuncu oldu.

Katja Ebstein, 1970 -ci ildə Almaniyanı , Jacques Raymond, 1963 ilində Belçikanı təmsil etmişti.

YouTube player

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading