Avroviziya 1965

1965 Avroviziya Mahnı Müsabiqəsi — sayca 10-cu Avroviziya Mahnı Müsabiqəsidir. Cilyola Çinkvettenin ifa etdiyi “Non ho l’età” adlı mahnı ilə  1964 Avroviziya Mahnı Müsabiqəsində  qələbə qazanan  İtaliya  1965-ci ildə müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin  Neapo l şəhərində RAI konsert zalında keçirilmişdir. Müsabiqə 1965-ci ilin 20 mart tarixində baş tutmuşdur.

Müsabiqədə yeni rekord qırılaraq iştirakçı sayı İrlandiyanın debütü və İsveçin geri dönməsi ilə 18-ə çatdı. Belçika, Almaniya, Finlandiya və İspaniya hamısı xal toplayaraq sonuncu oldu. Lüksemburq isə ikinci dəfə France Gall’ın “Poupée De Cire, Poupée De Son ” mahnısı ilə qazandı .

Maraqlı faktlar:

Müsabiqə tarixində ilk dəfə pop mahnı qalib gəldi və bu növbəti illərdə müsabiqə formatına yeniliklər gətirdi.

İsveç təmsilçisi mahnısını ana dilində yox ingilis dilində ifa etdiyi üçün digər ölkələr öz narazılıqlarını bildirdilər və nəticədə növbəti ildən etibarən qaydalarda edilən dəyişikliklərə əsasən hərbir ölkə öz ana dilində mahnı ifa etməli oldular.

İlk dəfə olaraq “Eurovision” mahnı müsabiqəsi təkcə Avropa Yayım Birliyi tərəfindən deyil, həm də Şərqi Avropa həmkarı olan İntervision tərəfindən yayımlandı.

YouTube player

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading