
1961 Avroviziya Mahnı Müsabiqəsi — 6-cı Avroviziya Mahnı Müsabiqəsidir. Jaklin Boyenin ifa etdiyi “Tom Pillibi” mahnısı ilə 1960 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1961-ci ildə Fransa müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Kann şəhərində “Festival və konqress” sarayında keçirilmişdir. Müsabiqə 1961-ci ilin 18 mart tarixində baş tutmuşdur.
Bu ilki mahnı müsabiqəsinin iştirakçılarının sayı 16-ya yüksəldi, çünki İspaniya, Yuqoslaviya və Finlandiya hamısı müvafiq olaraq debüt etdi. İlk dəfə olaraq, yarışma bir şənbə gecəsi baş tutdu.
“Nous les amoureux” adlı mahnı ilə Jean-Claude Pascal qalib gəldi və bununla da müsabiqədə Lüksemburqa ilk qalibiyyəti yaşatdı.
Maraqlı faktlar:
Müsabiqə üçün ayrılmış vaxtı bitdiyi üçün və şou canlı yayımlandığı üçün qazanılmış mahnının repressiyası (mahnıdan qısa ifa) İngiltərədə göstərilmədi.