1959-cu ildə Hollandiyanın Kanndakı qələbəsinə baxmayaraq London beşinci Eurovision Mahnı Müsabiqəsinin ev sahibi şəhər oldu. Müsabiqə 29 mart tarixində Londonda, Royal Festival Hall`da baş tutur.
Böyük Britaniyanın paytaxtı London, beşinci Eurovision Mahnı Müsabiqəsinin baş tutmasını təmin etdi. Hollandiyanın bir il əvvəl Kannda keçirilən Eurovision Mahnı Müsabiqəsində Teddy Scholten tərəfindən ifa edilən Een Beetje ilə qalib gəlməsinə baxmayaraq . Qələbə qazandıqdan sonra Hollandiya milli yayımçı kanalı yenidən müsabiqəyə ev sahibliyi etmək istəmədi, buna görə də şərəfi bir il əvvəl ikinci olan İngiltərəyə getdi.
Müsabiqədə iştirakçı sayı Norveçin debütü ilə rekordu qıraraq 13`ə çatdı və bugünə qədər iştirak edən bütün ölkələr yarışmada yenidən iştirak etdi.
Jaklin Boyerin ifasında qazanan ” Tom Pillibi” , Fransanın Eurovision Mahnı Müsabiqəsindəki ikinci qələbəsini təmin etdi.
Maraqlı Faktlar:
Norveç ölkənin aparıcı caz müğənnilərindən biri Nora Brockstedt ilə debüt etdiyi üçün bu ilki mahnı müsabiqəsinin iştirakçılarının sayı 13-ə çatdı.
Hollandiyalı müğənni Rudi Carrell, Wat Een Geluk ilə 12-ci yerə çıxmasına baxmayaraq Avropanın bir hissəsində məşhur bir TV şəxsiyyətinə çevrildi.
Jacqueline qalib gəldiyi zaman müsabiqə tarixində ən gənc qalib kimi tarixə düşməyi bacarır. O qalib gəldiyi zaman 18 yaşı var idi.
1 Avqust 2020 tarixinə görə müsabiqə tarixində qalib gəlmiş ən yaşlı sağ qalmış şəxs məhz Jacqueline`dir.
Bu il Belçikanı təmsil edən Fud Leclerc, 1956 və 1958 -ci illərdə də Belçikanı təmsil etmişdi.