Avroviziya 1959

1959 Avroviziya Mahnı Müsabiqəsi  — 4-cü Avroviziya Mahnı Müsabiqəsidir. Andre Klavyönün “Dors, Mon Amour” mahnısı ilə  1958 Avroviziya Mahnı Müsabiqəsində  qələbə qazanmasının ardınca 1959-cu ildə  Fransa  müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin  Kann  şəhərində Palais Des Festivals-da keçirilmişdir. Müsabiqə 1959-cu ilin 11 mart tarixində baş tutmuşdur.

Müsabiqədə iştirakçı sayı ilk dəfə 10-u ötərək 11 olmuşdur. Birləşmiş Krallıq 1 il fasilədən sonra geri dönür, Lüksemburq qatılmamaq qərarı alır, Monako isə ilk dəfə müsabiqədə iştirak edir.

Niderland, Teddy Scholtenin ifasında Een Beetje mahnısı ilə 1 ildən sonra ikinci dəfə müsabiqədə qalib gəldi. Mahnının sözlərini 1957-ci ilin qalib mahnısını yazan Willy van Hemert yazmışdır.

Maraqlı Faktlar:

Müsabiqə tarixində ilk dəfə nəticələrə əsasən bəlli olan müsabiqəni ilk 3-lüyü mahnılarını qısa şəkildə ifa ediblər. Bu hal müsabiqədə bugünə qədər sadəcə həmin il edilib. Növbəti illərdə sadəcə qalib gələn təmsilçi sonda mahnısını ifa etməli olub.

YouTube player

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading