
1959 Avroviziya Mahnı Müsabiqəsi — 4-cü Avroviziya Mahnı Müsabiqəsidir. Andre Klavyönün “Dors, Mon Amour” mahnısı ilə 1958 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1959-cu ildə Fransa müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Kann şəhərində Palais Des Festivals-da keçirilmişdir. Müsabiqə 1959-cu ilin 11 mart tarixində baş tutmuşdur.
Müsabiqədə iştirakçı sayı ilk dəfə 10-u ötərək 11 olmuşdur. Birləşmiş Krallıq 1 il fasilədən sonra geri dönür, Lüksemburq qatılmamaq qərarı alır, Monako isə ilk dəfə müsabiqədə iştirak edir.
Niderland, Teddy Scholtenin ifasında Een Beetje mahnısı ilə 1 ildən sonra ikinci dəfə müsabiqədə qalib gəldi. Mahnının sözlərini 1957-ci ilin qalib mahnısını yazan Willy van Hemert yazmışdır.
Maraqlı Faktlar:
Müsabiqə tarixində ilk dəfə nəticələrə əsasən bəlli olan müsabiqəni ilk 3-lüyü mahnılarını qısa şəkildə ifa ediblər. Bu hal müsabiqədə bugünə qədər sadəcə həmin il edilib. Növbəti illərdə sadəcə qalib gələn təmsilçi sonda mahnısını ifa etməli olub.