Avroviziya 1958

1958 Avroviziya Mahnı Müsabiqəsi  — 3-cü Avroviziya Mahnı Müsabiqəsidir.  Kori Brokkenin  “Net als toen” mahnısı ilə  1957 Avroviziya Mahnı Müsabiqəsində  qələbə qazanmasının ardınca 1958-ci ildə  Niderland  müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Hilversum şəhərində AVRO Studiosda keçirilmişdir. Müsabiqənin 1958-ci ilin 12 mart tarixində baş tutmuşdur. Müsabiqə tarixində ilk dəfə qalib gəlmiş ölkədə müsabiqə keçirilirdi.

Yarışmaya 10 ölkə qatılıb ki, onlardan İsveç müsabiqəyə ilk dəfə qatılıb, Birləşmiş Krallıq isə müsabiqədən geri çəkilib. İlk başlarda Birləşmiş Krallığın ev sahibliyi ediləcəyi söyləntilər arasında olsa da BBC 1957 yayında müsabiqədə iştirak etməyəcəyini açıqladı.

Ötən il olduğu kimi bu il də müsabiqə iştirakçıları 1 mahnı ifa edirdilər. Üçüncü  yer olmasına baxmayaraq,  Domenico Modugno tərəfindən ifa edilən ” Volare”  adı ilə daha yaxşı tanınan  İtalyan  “Nel Blu Dipinto Di Blu” , bu günə qədər dünyada hit olmuş mahnı olur. Və Eurovision Mahnı Müsabiqəsi tarixində ən uğurlu mahnılardan biridi hesab edilir.  Domeniko hətta mahnısı ilə ABŞ-Amerika Billboard Çartlarında 1-ci yerə çıxmağı bacardı və eyni zamanda üç Qrammiya mükafatına layiq görüldü. Və müsabiqə tarixində Qrammiya mükafatı alan ilk və tək Eurovision mahnısıdır.

Müsabiqə qalibi Fransanı “Dors, Mon Amour” mahnısı ilə təmsil edən Andre Klavyö olmuşdur və bununla da Fransa müsabiqədə ilk qalibiyyətini əldə etmişdir.

Maraqlı Faktlar:

  • 1956-cı ilin İsveçrə qalibi Lys Assia yenidən doğma ölkəsini təmsil etdi və cəmi 3 xalla ikinci qələbəsini əldən verdi
  • Bir il əvvəl Eurovision Mahnı Müsabiqəsini qazandıqdan sonra Corry Brokken sonuncu oldu sonra isə  Corry 1976-cı ildə Eurovision Mahnı Müsabiqəsi səhnəsinə aparıcı kimi qayıdır və 1997-ci ildə Hollandiya səslərini təqdim edir.
YouTube player

Leave a Reply