Avroviziya 1956

Eurovision Mahnı Müsabiqəsi, ilk dəfə İsveçrənin Lugano şəhərində, Teatro Kursaal’da, 24 May 1956-da baş tutdu.

İtalyan Sanremo Festivalından ilhamlanaraq, Avropa musiqi yarışmasının təşkili fikri, Avropa Yayım Birliyinin 1955-ci ildə Monakoda keçirilən iclasında anlaşıldı. 1956 Avroviziya Mahnı Müsabiqəsi əvvəlcə bir radio şousu idi, baxmayaraq ki, bəzi kameralar həmin dövrdə televizoru olan bir neçə avropalı üçün yarışmanı izləmə imkanı veriridi, lakin əksəriyyət sadəcə radioda dinləyirdi.

Lohengrin Filipello, 1 saat 40 dəqiqə davam edən proqrama ev sahibliyi etdi. İştirak edən yeddi ölkə hər biri iki mahnı təqdim etdi. Müsabiqənin mahnıları üç dəqiqə yarımdan çox olmamalı idi. Ümumilikdə ilk müsabiqədə 7 ölkə iştirak etdi. İfaçıları Fernando Paggi başçılıq etdiyi 24 musiqiçinin orkestri müşayiət edirdi.

7 ölkənin hər biri 2 münsifdən ibarət olan heyyəti təyin etmişdilər və sonda münsiflər heyətinin qərarına əsasən qalib gələn mahnı  İsveçrədən Lys Assia tərəfindən ifa edilmiş  “Refrain”  oldu.

Maraqlı Faktlar:

Müsabiqəyə qoşulmaq üçün Avropa Yayım Birliyininin qoyduğu qərara görə hər bir ölkə təmsilçisini milli seçim üsulu ilə təyin etməli idi. Lakin Avstriya, Danimarka və Birləşmiş Krallıq bu qaydalara əməl etmədikləri üçün müsabiqədən kənarlaşdırılmışdır.

Hər ölkədən 2 münsif getməli olduğu halda Lüksemburq sadəcə 1 münsif göndərmişdi, daha sonra isə Lüksemburq İsveçrəli münsifin onların əvəzindən səs verməsinə icazə vermişdi.

Səsvermə nəticələri günümüzə qədər hələ də bəlli deyil. Sadəcə qalib bəllidir, digər iştirakçılar hərbiri 2-ci hesab edilir.

YouTube player

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading